"DSK-lar hər bir vətəndaşın müraciətinə cavab verməlidir"

  02 Yanvar 2020    Oxunub : 1008
"DSK-lar hər bir vətəndaşın müraciətinə cavab verməlidir"
Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir.
Azvision.az -ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək. Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır.

Azvision.az

Teqlər: MSK   Sədr