Yaşayış binasında təhlükənin qarşısı alındı

Yaşayış binasında təhlükənin qarşısı alındı
  02 Yanvar 2020    Oxunub:2055
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir boru asılı vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan dəmir borunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Azvision.az


Teqlər: FHN   XRXX  





Xəbər lenti