Ailə qurmaq istəyən 36 nəfərdə sifilis aşkarlandı

 Ailə qurmaq istəyən 36 nəfərdə sifilis aşkarlandı
  09 Yanvar 2020    Oxunub:3541
2019-cu ilin dekabr ayı ərzində evlənmək istəyən 9149 nəfər tibbi müayinədən keçib. Onlardan 265 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən ay müayinədən keçən şəxslərdən 36 nəfərdə sifilis, 15 nəfərdə QİÇS qeydə alınıb.
Bundan əlavə, müayinədən keçən 3 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkar edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: QİÇS   Evlənmək  





Xəbər lenti