Həftənin ilk iş günü yağış yağacaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5°, gündüz 6-8° isti, Bakıda gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 762 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.
Azvision.az