Bərdədə yanğın - 3 nəfər tüstüdən zəhərlənib

  12 Yanvar 2020    Oxunub : 1845
 Bərdədə yanğın - 3 nəfər tüstüdən zəhərlənib
Bərdə rayonunun Alaçadırlı kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, həyətyanı sahəyə yığılan 7 ton ot bağlamasının 1,5 tonu yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Bərdə