Aliment işləri üzrə 143 milyon manatdan çox ödəmə olub
Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.712 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.808 nəfər inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qərəzli yayınan 493 şəxs barəsində isə cinayət işi başlanılıb.
Həmçinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təcrübəsi məhkəmə qərarlarının icrasının təmin olunmasına öz müsbət təsirini göstərib, 13 mindən çox borclu tərəfindən məhkəmə qərarları icra edildiyinə görə onların üzərindən məhdudiyyət götürülüb. Belə məhdudlaşdırmanın olub-olmamasını öyrənməklə bağlı nazirlik tərəfindən vətəndaşlara göstərilən elektron xidmətdən istifadənin sayı 2019-cu ildə artaraq 1.5 milyonu keçib.
Azvision.az