Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan beynəlxalq turizm sərgisində təmsil olunur
  23 Yanvar 2020    Oxunub:2447
Yanvarın 22-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti “FITUR” beynəlxalq turizm sərgisində iştirak edib.
Azvision.az xəbər verir ki, İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən sərgi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatının rəsmiləri, həmçinin dövlət nümayəndələri və şirkət rəhbərləri arasında görüşlər keçirilir.

Görüşlər zamanı turizm sahəsinin inkişafına dair ikitərəfli müzakirələr aparılır.

Yanvarın 26-dək davam edəcək sərgidə turizm şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycanın turizm imkanları barəsində təqdimatlar edilir, B2B (Biznesdən-biznesə) formatlı görüşlər təşkil olunur.

Qeyd edək ki, 2019-cu ildə “FITUR” sərgisində 165 ölkədən 10 mindən çox şirkət iştirak edib və sərgi 142 mindən çox ziyarətçi qəbul edib. Bu il təşkil olunan sərgi sayca 40-cıdır.



Azvision.az


Teqlər: Turizm   Madrid   Sərgi   Agentlik  





Xəbər lenti