Saxta pulla telefon alan şəxs tutuldu

Saxta pulla telefon alan şəxs tutuldu
  23 Yanvar 2020    Oxunub:2187
Yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefon alıb.
Azvision.az xəbər verir ki, daxil olan müracət əsasında Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvələr CM-nin 177-ci maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdırılır.

Azvision.az


Teqlər: Telefon   Saxtapul  





Xəbər lenti