“Seçkilərə hazırlıq yüksək səviyyədədir” - MSK sədrləri Bakıya gəldi

  “Seçkilərə hazırlıq yüksək səviyyədədir” -    MSK sədrləri Bakıya gəldi
  08 Fevral 2020    Oxunub:3061
Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bir sıra ölkələrin Mərkəzi Seçki komissiyalarının sədrləri və nümayəndələri ilə görüşüb.
Azvision.az xəbər verir ki, Məzahir Pənahov seçkilərə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib. O, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Bildirib ki, seçkilər yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənəcək. 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Min məntəqədə veb-kameralar quraşdırılıb. Seçkilərin gedişini 132 beynəlxalq KİV işıqlandıracaq.

Qonaqlar müşahidələrinin seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə aparıldığını deməyə əsas verdiyini bildiriblər. Onlar məntəqələrdə yaradılan şəraitlə tanış olduqlarını, seçki prosesinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıblar.

Sonra MSK sədri qonaqların suallarını cavablandırıb.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti