Uhandan Türkiyəyə gətirilən azərbaycanlılar evə buraxıldı

  15 Fevral 2020    Oxunub : 1994
Uhandan Türkiyəyə gətirilən azərbaycanlılar evə buraxıldı
Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları bu gün Ankarada yerləşən xəstəxanadan evə buraxılıblar.

Azvision.az xəbər verir ki, 6 Azərbaycan vətəndaşının 14 günlük karantin müddəti dünən başa çatıb, lakin özlərinin istəyi ilə bir gün də xəstəxanada qalıblar. Bu gün onlar Bakıya gələcəklər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus ambulans-təyyarə fevralın 1-də Uhandan 42 nəfəri təxliyə edib. Onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yekun müayinələrə əsasən onların heç birində virus aşkarlanmayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Uhan   Türkiyə   Çin