Münhendə İlham Əliyev Paşinyanı faktlarla susdurdu - VİDEO+FOTOLAR (YENİLƏNİB)

  15 Fevral 2020    Oxunub : 30612
Münhendə İlham Əliyev Paşinyanı faktlarla susdurdu - VİDEO+FOTOLAR (YENİLƏNİB)
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.
Azvision.az xəbər verir ki, müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan iştirak ediblər.



Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşün moderatoru ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander olub. Panel müzakirələri bir saata yaxın davam edib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.



Dövlət başçısı vurğulayıb ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib.

Prezident, həmçinin deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.



Bundan başqa, Azərbaycan Prezidenti əlavə edib ki, Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar: "Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!".

Dövlət başçısının sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.



Prezident İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur.



Çıxışında tarixi faktlara istinad edən Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə susdurub, işğalçı ölkə rəhbəri geniş auditoriya qarşısında çıxılmaz vəziyyətdə qalıb.













***
(20:20)

Almaniyanın Münhen şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Azvision.az xəbər verir ki, iki ölkə rəhbərinin görüşü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Görüşdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr başlayıb.













Azvision.az

Teqlər: İlham-Əliyev   Paşinyan   Münhen   Qarabağ