Həkimlərə ən çox bu xəstəliklərlə bağlı müraciət edilib - SİYAHI

  20 Fevral 2020    Oxunub : 1751
Həkimlərə ən çox bu xəstəliklərlə bağlı müraciət edilib - SİYAHI
Fevralın 15-dək icbari tibbi sığorta tətbiq olunan xəstəxanalara olan müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub.

Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. "Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır".

Z.Əliyev, həmçinin bildirib ki, yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb.

"Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Xəstəlik   Xəstəxana