“Sanki qadınların dediyi kişilər üçün qanundur” - MSK üzvü

  20 Fevral 2020    Oxunub : 1259
“Sanki qadınların dediyi kişilər üçün qanundur” - MSK üzvü
“107 saylı Qazax seçki dairəsindən daxil olan müraciətlər araşdırılarkən sanki belə qənaət yaranır ki, Qazaxda qadınların dediyi kişilər üçün qanundur”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Baxşeyiş Əsgərov deyib.

O bildirib ki, sosial şəbəkədə yayılan və iki nəfərin bir kabinədə səsverdiyini əks etdirən görüntü araşdırılıb: “Biz bu görüntünü araşdırarkən gördük ki, bir kişi və qadın məntəqəyə daxil olur. Sonra kişi imza atır və birlikdə kabinədə səs verirlər. Kabinədən birlikdə çıxırlar, ancaq bülleteni xanım qutuya atır. Sanki belə qənaət formalaşır ki, Qazaxda qadınların dediyi kişilər üçün qanundur”.

MSK üzvü əlavə edib ki, həmin görüntü qanun pozuntusu hesab oluna bilməz: “Çünki görüntüdən aydın olur ki, kişi fiziki qüsurludur. Ona görə bu şəkildə səs veriblər”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK