Bakıdan Alanyaya uçan təyyarə məcburi eniş etdi

   Bakıdan Alanyaya uçan təyyarə məcburi eniş etdi
  21 Fevral 2020    Oxunub:2611
Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

Azvision.az


Teqlər: Buta   Təyyarə  





Xəbər lenti