Daha 1 məntəqədə seçkinin nəticələri ləğv edilib

Daha 1 məntəqədə seçkinin nəticələri ləğv edilib
  23 Fevral 2020    Oxunub:2612
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 10 saylı Binəqədi üçüncü seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Azvision.az -ın məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.

MSK üzvü İlkin Şahbazovun sözlərinə görə, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti