MSK bu gün parlament seçkilərinə yekun vuracaq

 MSK bu gün parlament seçkilərinə yekun vuracaq
  25 Fevral 2020    Oxunub:3106
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 9 fevral 2020-ci ildə Mili Məclisə keçirilən seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edəcək.
Azvision.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında seçkilərin ümumi yekunlarına dair protokol təsdiqlənəcək, seçkilərin yekunları yoxlanılacaq və təsdiq edilməsi üçün dairə seçki komissiyalarının protokolları və onlara əlavə edilən sənədlər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK  





Xəbər lenti