Bu ərazidə yol hərəkəti təhlükəsizliyi artırılıb

  10 Mart 2020    Oxunub : 1260
Bu ərazidə yol hərəkəti təhlükəsizliyi artırılıb
Mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin qeydə alındığı Təbriz Xəlilbəyli və Həzi Aslanov küçələrinin kəsişməsində yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə zəruri tədbirlər görülüb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, qəza ocağı kimi tanınan kəsişmə agentliyin mütəxəssisləri tərəfindən araşdırılıb. Əldə olunan nəticələr təhlil edilərək həlli istiqamətində işlərə başlanılıb. Bu işlər çərçivəsində kəsişmədə sürət məhdudlaşdırıcı maneələr və nəqliyyat güzgüsü qoyulub.

Azvision.az

Teqlər: BNA