Türkmənistan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

  11 Mart 2020    Oxunub : 1283
 Türkmənistan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.
Azvision.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.





Azvision.az

Teqlər: Türkmənistan   Şəhidlər-Xiyabanı