Milli Məclisdə ictimai dinləmə keçiriləcək

  16 Mart 2020    Oxunub : 1078
 Milli Məclisdə ictimai dinləmə keçiriləcək
Milli Məclisdə iki məsələ ilə bağlı ictimai dinləmə keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, bunlar əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər barədə, eləcə də, tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icra vəziyyəti ilə bağlı olacaq.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis