İtaliyadan gələn tələbələr karantinə yerləşdirilib

 İtaliyadan gələn tələbələr karantinə yerləşdirilib
  18 Mart 2020    Oxunub:2944
"Nazirlər Kabineti yanında operativ qərargahın təsdiq etdiyi xüsusi siyahı var. O siyahıda qeyd olunub ki, hansı ölkələrdən gələn vətəndaşlar birbaşa karantinə alınır. Bildiyimiz kimi İtaliya bu siyahıda öndə gələn ölkələrdən biridir".
Azvision.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri bildirib ki, İtaliyadan gələn vətəndaşlar tibbi müayinənin nəticəsindən asılı olmayaraq mütləq karantinə alınmalıdırlar.

TƏBİB rəsmisi əlavə edib ki, ötən gün İtaliyadan gələn tələbələr karantinə yerləşdirilib.

Azvision.az



Teqlər: TƏBİB   Müdir  





Xəbər lenti