“Siz öz dərdinizə çarə tapın” - Xameneyidən ABŞ-a cavab

  22 Mart 2020    Oxunub : 2379
 “Siz öz dərdinizə çarə tapın” - Xameneyidən ABŞ-a cavab
"ABŞ yardımı öz vətəndaşlarına etsin. Çünki Amerikada virusa yoluxanların və yardıma ehtiyacı olanların sayı İrandan daha çoxdur"

Azvision.az xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi ABŞ-ın yardım təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ-ın İranı iqtisadi blokadada saxlaması ilə yardım təklif etməsi bir-birinə uyğun gəlmir.

“Siz əvvəlcə öz dərdinizə çarə tapın”, - deyə ABŞ-a səslənən Xameneyi Ağ Ev administrasiyasını riyakarlıqda ittiham edib.

Azvision.az

Teqlər: ABŞ   İran