TƏBİB: Təcili yardım maşını ilə sərnişin daşınması araşdırılır

  23 Mart 2020    Oxunub : 1561
 TƏBİB: Təcili yardım maşını ilə sərnişin daşınması araşdırılır
Azərbaycanda təcili tibbi yardım avtomobili ilə rayonlardan paytaxta qanunsuz sərnişin daşınması ilə bağlı araşdırma aparılır.

Bu barədə Azvision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, təcili tibbi yardım maşını ilə rayonlardan sərnişin daşımasına cəhd edilib. 90-JM-977 dövlət nömrə nişanlı maşınla Bakıya sərnişin daşıyan zaman sürücü Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin içərisində sürücüdən başqa, daha dörd nəfər olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB   Təcili-yardım