Ticarət obyektlərində yerində xidmət dayandırıldı

   Ticarət obyektlərində yerində xidmət dayandırıldı
  28 Mart 2020    Oxunub:2537
Azərbaycanda xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilir.

Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti