12 minə yaxın taksi dezinfeksiya olunub

  02 Aprel 2020    Oxunub : 1272
12 minə yaxın taksi dezinfeksiya olunub
Bakıda 12 minə yaxın taksi dezinfeksiya olunub.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentlyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, bu məsələyə ciddi nəzarət olunur:

"Bakıda fəaliyyət göstərən şirkətlər bizdən fərqlənmə nişanı alarkən bu məsələ onlardan tələb olunur. Proses davam edir".

V. Kərimli bildirib ki, Bakı Nəqliyyat Agentliyinə ekspres avtobuslarla bağlı 53-ə yaxın müraciət daxil olub: "Ola bilsin ki, pandemiya bitdikdən sonra ekspres avtobuslar fəaliyyətini davam etdirsinlər".

Aytən Zəhra
Azvision.az

Teqlər: