COVID-19-la bağlı onlayn təlimlər keçiriləcək

COVID-19-la bağlı onlayn təlimlər keçiriləcək
  29 Aprel 2020    Oxunub:2564
Səhiyyə sahəsində çalışan mütəxəssislər üçün Hindistan Xarici İşlər Nazirliyinin Hindistan İqtisadi və Texniki Əməkdaşlıq Proqramı (ITEC) çərçivəsində “COVID-19-un idarə olunması strategiyaları və əlaqəli aspektlər” mövzusu üzrə onlayn təlimlər keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, “COVID-19 üzrə potensialın artırılması proqramı” çərçivəsində keçiriləcək canlı vebinarlar Çandiqarxda yerləşən Aspirantura Tibbi Təhsil və Araşdırma İnstitutu tərəfindən aparılacaq.

COVID-19 pandemiyasının idarə olunmasına aid ən vacib məsələlər üzrə e-ITEC interaktiv vebinar sessiyaları müddətində COVID-19 nədir, infeksiyanın qarşısının alınması tədbirləri, COVID-19 xəstələrinin müəyyən edilməsi üsulları, onların təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi, sahə nəzarəti və ictimai səhiyyə tədbirləri, həmçinin digər mövcud məsələlər əhatə ediləcək.

Altı gün davam edəcək onlayn təlimlərdə Azərbaycan Respublikası da daxil olmaqla, müxtəlif ölkələrin səhiyyə işçiləri, tibb mütəxəssisləri iştirak edəcəklər.

Azvision.az


Teqlər: SəhiyyəNazirliyi   Təlim  





Xəbər lenti