Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
  03 May 2020    Oxunub:3090
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 4 may tarixində səhər saatlarından etibarən Müzəffər Həsənov küçəsinin "20 Yanvar dairəsi" ilə kəsişməsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA ) Azvision.az -a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Yarana biləcək müvəqqəti çətinliyə görə AAYDA vətəndaşlardan üzr istəyir.

Azvision.az


Teqlər: AAYDA   Yol   Təmir   Tikinti  





Xəbər lenti