Zaur Əliyev: “Tibbi maskalardan istifadə etmirlər”

     Zaur Əliyev:    “Tibbi maskalardan istifadə etmirlər”
  06 May 2020    Oxunub:3615
Aprelin ortalarında ölkədə koronavirusa yoluxma yüksəyə qalxmışdı və sonra düşməyə başladı. Son bir neçə gündə artım müşahidə olunur. Bu, birbaşa karantin rejiminin yumşaldılması ilə əlaqələndirilir.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son zamanlar insanlar fərdi qoruyucu vasitələrindən, maskalardan istifadə etmirlər:

“10 gün əvvəl Bakıda 10 nəfərdən 4-5 i maska ilə gəzirdisə, son günlər 1-2 nəfəri çətinliklə görürük. Bu isə yoluxma sürətinin artmasına gətirib çıxarır. Son həftə ərzində 287 yoluxma, 202 sağalan var. Ölən 4 nəfərdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti