​Fransada koronavirusdan ölənlərin sayı artdı

​Fransada koronavirusdan ölənlərin sayı artdı
  10 May 2020    Oxunub:5150
Fransada son sutkada 80 nəfər koronavirusdan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 26 min 310 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, xəstəxanalarda 16573, sosial-tibbi müəssisələrdə isə 9737 nəfər virusdan dünyasını dəyişib. Ümumilikdə isə indiyədək 56 min 38 nəfər sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti