Kürdəmirdə hamilə qadın güllələnib

  11 May 2020    Oxunub : 3414
 Kürdəmirdə hamilə qadın güllələnib
Kürdəmir sakini güllə yarası alıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində baş verib.

Belə ki, Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, K.Mövlayeva 2 aylıq hamilədir.

Azvision.az

Teqlər: Kürdəmir   Qadın   Cinayət   Güllə