Xəbərdarlıq: Güclü külək əsəcək

  17 May 2020    Oxunub : 3776
 Xəbərdarlıq: Güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında mayın 18-də cənub-qərb küləyinin axşam şimal-qərb küləyinə keçəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 18-19-da gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək.

Mayın 18-də bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azvision.az

Teqlər: ETSN   Xəbərdarlıq