Siyavuş Novruzov: “Onlar özləri bir-birini ifşa etdi”

  19 May 2020    Oxunub : 2369
 Siyavuş Novruzov: “Onlar özləri bir-birini ifşa etdi”
“Milli Şura adlı dərnəyin toplantısında Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər səsləndirilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycan xalqına qarşı aşağılayıcı fikirlər cinayət məsuliyyəti ilə ölçülməlidir.

“Biz xalqın aşağılanmasına imkan verə bilmərik. Hesab edirəm ki, qanunları sərtləşdirməliyik. Onlar özləri bir-birini ifşa etdi”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis