Qarabağda erməni hərbçi həbs olundu

  20 May 2020    Oxunub : 4387
 Qarabağda erməni hərbçi həbs olundu
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2000-ci il təvəllüdlü hərbçi qulluqçu Henrik Aramyanın intihar etməsi ilə bağlı başlanılan cinayət işi çərçivəsində bir nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs hərbi qulluqçudur.

Qeyd edək ki, Henrik Aramyan ötən gün xidmət zamanı ona təhkim olunmuş silahdan özünə atəş açaraq intihar edib. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma zamanı məlum olub ki, Henrik Aramyan xidmət yoldaşları tərəfindən incidildiyi üçün özünü vurub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qarabağ