DOST Agentliyinin rəsmi saytı təqdim edildi - VİDEO

  21 May 2020    Oxunub : 2668
DOST Agentliyinin rəsmi saytı təqdim edildi - VİDEO
DOST Agentliyinin rəsmi “dost.gov.az” İnternet saytı ictimaiyyətə təqdim edilib.
Agentlikdən Azvision.az -a verilən məlumata görə, təqdimat mərasimi DOST Agentliyinin rəsmi facebook hesabı ilə canlı yayımlanıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əvvəlcə agentliyin indiyədək gördüyü işlərdən, eləcə də gələcək planlardan danışıb, sayt barəsində məlumat verib.

Qeyd edək ki, saytdakı 11 əsas bölmə daxilində qanunvericilik, struktur, xidmət pasportları, xidmətlər barəsində PDF formatında informativ kitabçalar, statistika, xəbərlər, qalereya, 1 000-dən çox ən populyar sualların cavabı, axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt bölmələr işlənib hazırlanıb.

Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərməsinə, onların doğru informasiya ilə operativ formada təmin edilməsinə xidmət edəcək.



Azvision.az

Teqlər: DOST