Azərbaycanda Milli Uşaq Strategiyası hazırlanıb

  01 İyun 2020    Oxunub : 1900
 Azərbaycanda Milli Uşaq Strategiyası hazırlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Azərbaycan 2020” İnkişaf Konsepsiyasının 7.4 bəndinin reallaşdırılması istiqamətində Milli Uşaq Strategiyası hazırlanıb.
Azvision.az xəbər verir ki, bu barədə komitə sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, sənəd artıq son mərhələdədir: “Sənəd çox güman ki, yaxın müddətdə imzalanacaq. Sənəd Azərbaycan dövlətinin və uşaqların əldə etdiyi nailiyyətlərdən daha geniş perspektivlərə doğru vəzifələri müəyyən edir. Strategiya çərçivəsində fəaliyyət proqramları üzərində işləyirik. Bu, uşaqların gələcək həyatını, təhlükəsiz yaşamasını, azad, sərbəst bütün hüquqlardan istifadəsini təmin edəcək sənəd olacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Bahar-Muradova   Komitə