Müsabiqədə uğur qazanmayan müəllimlər işdən çıxarılır? - AÇIQLAMA

   Müsabiqədə uğur qazanmayan müəllimlər işdən çıxarılır? -    AÇIQLAMA
  14 İyun 2020    Oxunub:4268
Müəlllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

M.Camalzadə bu məsələnin aydınlaşdırılması üçün müəllimlər tərəfindən onlara müraciətlərin olduğunu söyləyib: “Yerdəyişmə müsabiqəsi bir sınaqdır. Uğur qazanmadığı halda namizədin iş yerini itirməsi hüquqi cəhətdən düzgün deyil”.

Nazirlik rəsmisi əlavə edib ki, yerdəyişmə nəticəsində uğur qazanaraq yeni vakant yer tutan müəllim əvvəlki əsas iş yerini itirir:

“Sənəd qəbuluna baxdıqda da görürük ki, bizdə belə hallar olur. Bəzən namizədlər əsas iş yeri olaraq, müddətli əsaslarla işlədikləri müəssisənin adını qeyd etmək istəyirlər. Amma yerdəyişmə zamanı namizəd əsas iş yerini dəyişdirərək başqa əsas iş yerinə getməlidir. Başqa sözlə, müəllim müddətsiz əsaslarla işlədiyi bir müəssisədən başqa müəssisəyə iş yerini dəyişir”. (Trend)

Azvision.az


Teqlər: Təhsil   Nazirlik   Müəllim   Məktəb  





Xəbər lenti