İlham Əliyev Samux rayonuna getdi

 İlham Əliyev Samux rayonuna getdi
  25 İyun 2020    Oxunub:3235
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gəlib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Prezident İlham Əliyev indiyədək bir neçə dəfə Samuxda səfərdə olub. Bu səfərlər rayonun inkişafında mühüm rol oynayıb. 2003-cü ildən başlayaraq 2019-cu ilin sonuna qədər rayonda məhsul istehsalı 3,5 dəfə, sənaye 3,9 dəfə, kənd təsərrüfatı 2,6 dəfə, əsas kapitala yönəldilmiş vəsait isə 19,4 dəfə artıb. 2020-ci ilin birinci rübünədək 24 787 yeni iş yeri açılıb, bu il ödənişli əsaslarla 305, pandemiya ilə əlaqədar isə 150 müvəqqəti iş yeri yaradılıb.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Samux   Səfər  





Xəbər lenti