“Təkcə özünüzü deyil, yaşlı insanları da düşünün” - Mənsum İbrahimov

“Təkcə özünüzü deyil, yaşlı insanları da düşünün” -  Mənsum İbrahimov
  25 İyun 2020    Oxunub:9937
Bəziləri "virus yoxdur, inanmırıq" deyirdilər. Amma indi xəstəxanalarda boş yer az qalıb.
Bunu Azvision.az -a Xalq artisti Mənsum İbrahimov deyib. Tanınmış xanəndə bildirib ki, karantin günlərini ailəsi ilə birgə bağ evində təcrid olunmuş halda keçirir.

"Hamı kimi mən də çalışıram qorunum. Bir həftədir ki, bağdayıq. Zərurət olmadıqca, evdən çıxmıram. Qaydaları gözləyirəm, canlı ünsiyyətdən qaçıram. İnanmıram deyə- deyə xəstəxanlarda artıq yer yoxdur. İnsanlar var ki, xəstəliyə qeyri- ciddi baxırlar, amma vəziyyət çox kritikdir. Təsəvvür edin ki, dünən 590 yoluxma olub. Bu, çox böyük göstəricidir. Vəziyyət yaxşılığa doğru getmir.

Əslində biz sənət adamları normal həyat üçün hamıdan çox darıxırıq. Çünki daim hərəkətdə olmuşuq. Birdən-birə başqa həyat tərzini qəbul etmək asan deyil".

M. İbrahimov boş vaxtlarını ailəsinə sərf etdiyini söyləyib.

"Uşaqlarımla, nəvələrimlə bir yerdə oluram. Əlavə vaxt qalanda kitab oxuyuram, qəzəllər öyrənirəm. Məşq edirəm, sənətimlə bağlı yarımçıq qalan işləri görürəm. İnsanlara tövsiyəm odur ki, təkcə özlərini deyil, ətrafdakı yaşlı insanları düşünsünlər. İndi hamının xəstələnən tanışı var. Mənim özümüm şəxsən tanıdığım 5-6 nəfər koronavirusdan dünyasını dəyişib. Cavan adamlardır. Həkim də yazıqdır, o da virusa yoluxur, həyatını itirir. İnsanlar bunu düşünsünlər".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Xanəndə   Mənsumİbrahimov  





Xəbər lenti