Temperatur normadan aşağı olub - Faktiki hava

Temperatur normadan aşağı olub -   Faktiki hava
  28 İyun 2020    Oxunub:3359
İyunun 28-i səhərədək respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a verilən məlumata görə, yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 mm olub.

Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib.

Havanın temperaturu iqlim normasından 1.7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, aran rayonlarında 24-28, dağlıq rayonlarda 16 dərəcəyədək, Naxçıvan MR-da 29-32 dərəcə isti olub.

Azvision.az


Teqlər: Hava   Yağış  





Xəbər lenti