Aztəminatlı gənclərə yaşayış sahələri veriləcək

  29 İyun 2020    Oxunub : 2585
   Aztəminatlı gənclərə yaşayış sahələri veriləcək
Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna edilən müvafiq dəyişiklikdə qeyd olunub.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev