Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, bu tədbirlər zamanı bir sıra nöqsanlar aşkar edilmiş ticarət obyektlərinin sahiblərinə və fiziki şəxslərə cərimələr tədbiq olunub. Mobil qrup tərəfindən həyata keçirilən reydlər zamanı Səbail rayonu, Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsində qeyri-qanuni fəaliyyət göstərən “Green Pub” adlı ictimai-iaşə obyekti müəyyən olunub və onun fəaliyyəti dayandırılıb.
Obyektin sahibi Mehdixan Xəlil oğlu Həsənov və onun arendatorları barədə müvafiq tədbirlər görülüb.
Azvision.az