DYP: 300-dən çox avtomobil postlardan geri qaytarıldı
Bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 27-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 72, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 60-ı rayon, 56-ı paytaxt istiqamətinə olmaqla 116, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 207-i rayon, 95-i paytaxt istiqamətinə olmaqla 302 nəqliyyat vasitəsi geri qaytarılıb.
Ümumilikdə 490 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
Azvision.az