Milli Şuranı ifşa edən yeni görüntülər yayıldı - VİDEO

  08 İyul 2020    Oxunub : 2339
 Milli Şuranı ifşa edən yeni görüntülər yayıldı -  VİDEO
Sosial şəbəkələrdə Milli Şura adlı radikal qrupun keçirdiyi “zoom konfransı”ndan yeni görüntülər yayılıb.

Azvision.az -ın məlumatına görə, onlayn söhbət zamanı Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" elan edilməsinə Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Vidadi Mirkamal etirazlarını bildiriblər.
Avropada yaşayan MŞ üzvü Qənimət Zahid isə deyib ki, Əli Kərimlinin "blokadası" onlar üçün qoruyucu xətt olmalıdır. O, həmçinin əlavə edib ki, şiddətin saxlanılması, təbliğatın aparılması Əli Kərimliyə, Milli Şuraya, eləcə də AXCP-yə siyasi qazanc gətirir.

Milli Şuranın yeni videosu radikalları növbəti dəfə ifşa edib və onların çirkin planlarını üzə çıxarıb.



Azvision.az

Teqlər: Milli-Şura   Video