Azərbaycanın yeni XİN rəhbəri kimdir? - DOSYE

Azərbaycanın yeni XİN rəhbəri kimdir? -  DOSYE
  16 İyul 2020    Oxunub:11004
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov Azərbaycanın Xarici İşlər naziri təyin edilib.

Azvision.az xəbər verir ki, bu təyinatadək Təhsil naziri vəzifəsində çalışan Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.


1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.



Prezidentin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Təhsil nazirinin müavini, 2018-ci il 21 aprel tarixli sərəncamıı ilə Təhsil naziri təyin olunub.

Evlidir, 2 övladı var.

Azvision.az


Teqlər: XİN   Nazir  





Xəbər lenti