Tovuzda şəhid olan Xəyyamın uşaqlıq FOTOLARI

Tovuzda şəhid olan Xəyyamın uşaqlıq  FOTOLARI
  20 İyul 2020    Oxunub:19438
Ermənistan ordusunun Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçularımızdan biri əsgər Xəyyam Daşdəmirovdur. 3 ay əvvəl hərbi xidmətə yollanan Xəyyam Məhəmməd oğlu Daşdəmirov 2002-ci ilin fevralın 22-də İsmayıllı rayonunun Balık kəndində anadan olub.
Azvision.az -ın məlumatına görə, Xəyyamın 15 yaşlı bir qardaşı var.

O, Bakının Biləcəri qəsəbəsində 123 saylı orta məktəbdə təhsil alıb. Kənd sakinlərinin sözlərinə görə, idmana böyük maraq göstərən Xəyyam çox mehriban və vətənpərvər insan olub.

Qeyd edək ki, X.Daşdəmirov bu il mayın 8-də hərbi xidmətə yola düşüb. İyulun 12-də dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

18 yaşlı şəhidin uşaqlıq və gənclik fotolarını təqdim edirik:















Aytən Zəhra
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   Tovuz   Təxribat   Şəhid  





Xəbər lenti