"Rusiya danışıqlarda vasitəçi ola bilər" - Tixanovskaya

"Rusiya danışıqlarda vasitəçi ola bilər" -  Tixanovskaya
  29 Avqust 2020    Oxunub:3593
Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskaya Rusiyanın ölkədəki danışıqlar prosesində vasitəçi ola biləcəyini söyləyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, xanım siyasətçi ölkə daxilindəki böhranın heç bir dövlətə qarşı yönəlmədiyini deyib.

“Biz bu böhranın ölkə daxilində danışıqlar yolu ilə həll etmək üçün üzərimizə məsuliyyət götürürük. Ancaq danışıqlarda beynəlxalq vasitəçiliyə ehtiyacımız yaransa, şübhəsiz ki, Rusiyanı bu prosesin iştirakçılarından biri kimi görürük. Rusiya bizə dost və yaxın münasibətlərimiz olan bir ölkədir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Belarus  





Xəbər lenti