Tərtərdə məsciddə toplaşanlar cərimələnib

Tərtərdə məsciddə toplaşanlar cərimələnib
  30 Avqust 2020    Oxunub:3985
Tərtər şəhərində məsciddə toplaşanlar saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Azvision.az


Teqlər: DİN   Tərtər   Məscid  





Xəbər lenti