Tanıdığı xanımı bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi

 Tanıdığı xanımı bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi
  31 Avqust 2020    Oxunub:3969
11 fevral 2020-ci il tarixdə Yasamal rayonu ərazisində Aytac Ağayevaya bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yasamal rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Afiq Hüseynovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aytac Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib..

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az




Teqlər: Prokurorluq   Qətl   Məhkəmə  





Xəbər lenti