I və IV qruplar üzrə qəbulun nəticələri açıqlandı

   I və IV qruplar üzrə qəbulun nəticələri açıqlandı
  03 Sentyabr 2020    Oxunub:4217
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

DİM-dən Azvision.az-a verilən məlumata görə, bu mərhələdə I ixtisas qrupu üzrə 12 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onlardan 1 nəfər - Xırdalan şəhəri, 1 nömrəli orta məktəbin məzunu imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. İkinci ən yüksək nəticəni 697 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 297 nömrəli orta məktəbin məzunu göstərib (Həmin abituriyent imtahanın I mərhələsində 300 bal toplamışdı).

IV ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 691.4 bal toplayan Bakı şəhəri, 178 nömrəli orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 691.2 bal toplayan Bakı şəhəri, 114 nömrəli orta məktəbin məzunu göstərib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti