Tərtərdə küp qəbirlər aşkar edildi
Həmin əraziyə Dövlət Xidmətinin və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Baxış zamanı arxeoloji tapıntının e.ə I əsrdən bizim eranın I əsrinə qədər olan dövrə aid olduğu ehtimal olunan 2 küp qəbir müəyyən olunub.
Ərazinin öyrənilməsi məqsədilə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Azvision.az