3-cü mərtəbədən yıxılan şagirddən yeni xəbər var - FOTO
Bildirilib ki, hadisə ilə bağlı Təhsil nazirinin müşaviri Rüstəm Ağayev S.Hacıyevaya xəstəxanada baş çəkib, məktəblinin valideynləri ilə görüşüb və müalicənin gedişi ilə maraqlanıb.
Eyni zamanda, nazirliyin səlahiyyətli şəxsləri hadisənin baş verdiyi məktəbin ərazisinə gedib və məktəb rəhbərliyi, eləcə də hadisənin şahidləri ilə görüşüblər. Baş vermis hadisə aidiyyəti qurumlar tərəfindən araşdırılır.
"Bir daha bildiririk ki, Təhsil Nazirliyi olaraq Solmazın və onun ailəsinin yanındayıq. Hazırda ən vacib məsələ Solmazın sağlamlığıdır. Təhsil Nazirliyi hadisənin təfərrüatlarının araşdırılmasını diqqətdə saxlayır və ictimaiyyəti bu araşdırmanın nəticələri barədə məlumatlandıracaq", - deyə qeyd olunub.
Azvision.az